fbpx



Haqqımda

Psixoloq kimdir?

Psixoloji Problemlər

Onlayn Seanslar

Bloq

Müsahibələr

Əlaqə

Obsessiv-Kompulsiv Pozuntu, OKP

Sarışan hallar nevrozu (digər adı ilə, obsessiv-kompulsiv pozuntu, OKP) İnsanın iradəsindən asılı olmadan yaranan və onda təşviş, həyacan və narahatlıq yaradan, sarışan, təkrarlanan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirləri rahatlatmaq üçün müəyyən sarışan, təkrarlanan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar edən psixi pozuntudur.

Obsessiyalar əsasən bunlardır:

Obsessiyalara adekvat komplulsiyaların bəziləri isə ondan aşağıda verilmişdir:

  • Çirklənmə obsessiyaları: İnsan çirkli obyektlərdən hər hansı pis xəstəliyə yoluxacağından qorxur.
  • Təmizləmə komplulsiyaları: İnsan tez-tez əllərini sabunla hətta xüsusi maddələrlə yuyur. Gündə bir neçə dəfə yuyunur, evi və digər cismləri təmizləyir,
  • Şübhə obsessiyaları: İnsan hər hansı bir işi etdiyindən əmin ola bilmir. (Qapını, qazı və s bağlamaq)
  • Nəzarət komplulsiyaları: Etdiyindən əmin olmadığı üçün az əvvəl etdiyi hərəkəti təkrararlayır. Təkrar- təkrar gəlib qapını, qazı yoxlayır,
  • Simmetriya obsessiyaları: Ətrafda olan hər şeyin müəyyən nizam içində olmasını istəyir
  • Simmetriya komplulsiyaları: Nizam içində olmayan hər şeyi dəyişir, əşyaları təzdən yığır. Bu hətta o həddə gəlib çata bilər ki, bir şeyi dəfələrlə təkarar yığar.
  • Cinsi düşüncə obsessiyaları: İnsanın ağlına özünə belə etiraf etməkdən utandığı və çəkindiyi cinsəl fantaziyalar gəlir.
  • Təkrarlama komplulsiyaları: Ağlına gələn pis fikirlərdən qurtulmaq üçün etdiyi müəyyən rituallar olur, məsələn bir şeyi 3 dəfə tıqqıldatmaq, 3 dəfə təmizləmək və s
  • Aqressivlik obsessiyaları: Ətrafındakı insanlara xəsarət verə biləcəyindən qorxmaq.
  • Psixi komplulsiyalar: Bunlara əsasən kənardan hiss olunmayan, şəxsin iradəsindən asılı olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi aiddir
  • Somatik obsessiyaları: Xərçəng, Aids və bir çox başqa həyati təhlükə kəsb edən xəstəlilərə yoluxma qorxusu.
  • Dini obsessiyalar: dindar olan bir şəxsin ağlına dində küfr sayıla biləcək fikirlərin gəlməsi. Dindən və Allahın varlığından şübhələnmək və s.

Obsessiv-kompulsiv pozuntunun yaranmasının bəzi səbəbləri bunlardır

  • Genetik faktorlar: Yaxın qohumlarda OKP-nin olması bu problemin genetik olduğunun da göstərə bilər.
  • Beyində, serotonin hormonunda baş verən pozuntular.
  • Uşaqlıqda yaşadığı müəyyən travmalar
  • İnsanın şəxsi xarakteri və s.

OKP əsasən iki yolla müalicə olur:

  1. Medikamentoz müalicə üsulu: OKPnin müalicəsində müəyyən dərmanlardan istifadə olunur ki, bu dərmanları psixiatr təyin edir.
  2. Psixoterapiya üsulu: Psixoterapiya zamanı koqnitiv davranış terapiyasından (cognitive behavioral therapy) istifadə olunur.

Koqnitiv davranış terapiyası patsientin neqativ fikirlərini aşkar etməkdə və onların yanlış olmasını dərk etməkdə, həmçinin məntiqsiz və təkrarlanan vərdiş və düşüncələrini aradan qaldırmaqda ona kömək olur.

Obsessiv-kompulsiv pozuntunun müalicəsində dərman və psixoterapiyanın birlikdə parallel aparılması ən effektiv yol hesab edilir.

‌Əgər yuxarıda yazdıqlarımız sizdə varsa bizə müraciət edin, kömək edərik.

Digər Yazılar

Diqqət Pozuntusu: Nədir və Necə Müalicə Edilir?

Diqqət Pozuntusu: Nədir və Necə Müalicə Edilir?

Diqqət pozuntusu, müasir cəmiyyətin ən çox üzləşdiyi problemlərdən biridir. Bu, insanın diqqətini mərkəzləşdirə bilməməsi, asanlıqla yayındırılması və verilən tapşırıqlara tam konsentrasiya edə bilməməsi kimi xüsusiyyətlərlə xarakterizə edilir. Bu...

read more
Asossiallıq: Görünməz Psixoloji Divarlar

Asossiallıq: Görünməz Psixoloji Divarlar

Asossiallıq, insanların ətrafdakılarla əlaqə qurmaqda çətinlik çəkdiyi, sosial mühitdən uzaqlaşmağı seçdiyi bir davranış növüdür. Bu, həm psixoloji, həm də sosial bir məsələ olaraq qarşımıza çıxır. Bu yazıda, asossiallığın səbəblərini,...

read more