fbpx



Haqqımda

Psixoloq kimdir?

Psixoloji Problemlər

Onlayn Seanslar

Bloq

Müsahibələr

Əlaqə

Otur.

İÇİNDƏ OLANI DANIŞ.

NƏTİCƏYƏ YÖNƏLMİŞ TERAPİYA

Terapiya prosesi, Vəfa Əkbər tərəfindən, müştərilərin spesifik ehtiyaclarına və məqsədlərinə uyğun olaraq, nəticəyə yönəlmiş yanaşma ilə tərtib edilir. Məqsəd, mümkün qısa müddətdə pozitiv dəyişikliklərə nail olmaqdır.

GİZLİLİYƏ TAM ZƏMANƏT

Biz pasiyentlərin məlumatlarının gizliliyinə tam zəmanət veririk. Bütün danışıqlar və məlumatlar qəti şəkildə məxfi saxlanılır, bu da sizin rahat və güvəndə hiss etmənizi təmin edir.

UZUNMÜDDƏTLİ PEŞƏKAR TƏCRÜBƏ

Psixoloq Vəfa Əkbər uzun illər ərzində psixoterapiya sahəsində peşəkar təcrübə toplamışdır. Müxtəlif problemlər üzrə dərin bilik və bacarıqlara sahibdir, bu da effektiv müalicə və dəstək təmin edir.

psixoloq.vefa .akber haqqimda

-Haqqımda-

Klinik Psixoloq Vəfa Əkbər

Psixoloq Vəfa Əkbər, Yevlax şəhərində doğulub və təhsil hayatına Moskva'da başlamış, daha sonra Bakı'da orta təhsilini tamamlamışdır. Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində psixologiya ixtisası üzrə təhsil alıb. 2009-cu ildə kliniki psixoloq kimi karyerasına başlayan Vəfa Əkbər, 2012-2013-cü illərdə Azerbaycan Gənclər və İdman Nazirliyinin Krizis Telefon Xəttində və 2013-2014-cü illərdə Medical Plaza'da psixoloq kimi çalışmışdır. 2015-ci ildə Eros Psixologiya Mərkəzini yaratmış və hal hazırda da bu mərkəzdə baş psixoloq vəzifəsində çalışmaqdadır. Evlidir və iki övlad anasıdır.

therapy icon

İllik uğurlu təcrübə

Fərdiləşdirilmiş Qayğı və Yanaşma

Biz hər bir pasiyentə özünəməxsus ehtiyacları, üstünlükləri və şəxsiyyəti əsasında hazırlanmış detallı psixoterapiya planı təklif edirik. Bu yanaşma, şəxsi və effektiv müalicənin təmin edilməsini məqsəd qoyur, pasiyentlərimizin psixoloji rifahını maksimum dərəcədə artırmağa yönəlmişdir. Müalicə planlarımız, pasiyentin ehtiyaclarına uyğun olaraq dinamik və təkmilləşdirilə bilən strukturlardır, uzunmüddətli psixoloji bərqərarlıq əldə etmək üçün xüsusi olaraq hazırlanır.

Üzərində işlədiyimiz psixoloji problemlər

Fərdi

📌Panik Atak, (Panik Pozuntu)
📌Obsessiv-kompulsiv pozuntu
📌Seksual pozuntular
📌Vaginizm
📌Qida qəbulunun pozuntuları
📌Yuxu pozuntuları
📌Təşviş pozuntuları
📌Aqressiya
📌Depressiya
📌Fobialar və qorxular
📌Özgüvən və özünə inamsızlıq
📌Utancaqlıq və özünə qapanma

Ailə

📌Ailə daxili münaqişələr
📌Qısqanclıq
📌Ailə daxili şiddət
📌Cinsi istəksizlik

Yeniyetmə

📌Diqqət pozuntusu
📌Yaddaş pozuntusu
📌Hiperaktivlik
📌Aqressiya
📌Qıcıqlanma
📌Qorxu
📌Utancaqlıq
📌Özünəqapanma
📌Asossiallıq

L

Qrup Terapiyası

vefa akber reportaj

Ən çox verilən suallar

1 seansın qiyməti nə qədərdir?

Seanslar 1 saat davam edir və 80 AZN'dir

Neçə seans gəlməliyəm?

Seansın sayı problemdən və insanın xarakterindən asılı olaraq dəyişir. Bunu 1-ci seansdan sonra bilmək olar

Neçə seans olacağı adətən nədən asılıdır?

Aşağıdakılardan asılıdır:

- Şəxsin psixoterapiyaya olan inancı
- Şəxsin psixoterapevtinə olan inancı
- Şəxsin tətbiq edilən psixoterapiya növünə inancı
- Şəxsin yaşadığı problemin növü
- Şəxsin yaşadığı problemin dərəcəsi
- Şəxsin psixoterapiyaya müntəzəm gəlməsi
- Şəxsin aldığı sosial dəstək (ailə, partner, dost dəstəyi).
- Psixoterapevtlə qurulan güvən və terapevtik əlaqə
- Tətbiq edilən terapiya növü

Dərman yazırsınız?

Xeyr, mən dərman yazmıram. Əgər dərmana ehtiyac olarsa sizi ya psixiatra ya da nevroloqa yönləndirəcəm

Hansı terapiya növündən istifadə edirsiniz?

İstifadə etdiyim terapiya növü problemə görə dəyişir. Əsasən, interpersonal, koqnitiv-davranış, geştalt, sxema və s.

Onlayn seans keçirsinizmi?

Bəli, onlayn seanslarımız da olur.