fbpx



Haqqımda

Psixoloq kimdir?

Psixoloji Problemlər

Onlayn Seanslar

Bloq

Müsahibələr

Əlaqə

Panik Atak (Pozuntu)

Ürəyiniz dəli kimi çırpınır, nəfəs ala bilmədiyinizi və hətta öləcəyinizi və ya dəli olacağınızı düşünürsünüzsə bu Panik Atak ola bilər.

‌Panik atak nədir ?

‌Panik atak bədəninizin təhlükələrə, stressə və ya həyacan normadan artıq reaksiyasıdır. Panik ataklar birdən-birə başlayar, 10 dəqiqə içində zirvəyə çatar və nadir hallarda bir saat davam edər. Panik ataklar hər yerdə və hər zaman ola bilər, Liftdə, metroda, maşın sürəndə və s.

Panik atakın əlamətləri bunlardır:

· Ölüm qorxusu
· Sinə ağrısı və ya sinədə sıxıntı hiss etmək
· Ürəyin və nəbzin sürətli vurması, elə təsəvvür yaranır ki, ürəyi yerindən qopacaq
· Tərləmə
· Nəfəsin daralması və ya boğulur kimi olma hissi
· Baş gicəllənməsi, sərsəmləmə, yıxılacaq və ya huşunu itirəcəkmiş kimi hiss etmə
· Üşümək, ürpənmə, əllrdə və ya ayaqlarda gizilti hiss etmək
· Titrəmə ya da sarsılmaq
· Qarın nahiyəsində ağrılar, ürək bulanması
· Nəzarətini itirəcəyindən və ya dəli olacağından qorxmaq

Tam panik atak adlanması üçün yuxarıdakılardan sizdə ən az dörd əlamətin olması lazımdır.
Dünyada demək olar ki, hər kəs həyatında ən az bir və ya iki dəfə panik atak keçirib, amma çox az insanda bu panik pozuntuya çevrilir.
Panik ataklar panik pozuntu arasında çox incə bir fərq var. Panik ataklar yuxarıda yazdıqlarınmızdırsa panik pozuntu zamanı isə şəxs yuxarıda yaşadığı atakları izləməyə, güdməyə başlayır və o atakların yenidən gələcəyinin qorxusunu yaşayır, onları gözləyir.

Belə ki, panik pozuntunun aşağıdakı əlamətləri var deyə bilərik.

‌· Gözlənilmədən və təkrarlanan panik ataklar olur.
· Baş verən panik ataklar arasında yenidən atakların gələcəyinin narahatlığını və qorxusunu yaşamaq.
· Panik ataklar olacaq deyə həyat şəraitini, davranışlarını dəyişdirmək. (Liftə, metroya tək minməmək, evdə tək qalmamaq, evdən çölə çıxmamaq və s)
· Tez-tez həkimlərə müraciət etmək, müayinələrdən keçmək və analiz vermək, analizdən bir şey çıxmadıqda həkimləri bir şey bilməməklə günahlandırıb həkimləri hətta klinikaları dəyişdirmək, qalaq-qalaq analiz cavabları yığmaq.

‌Panik pozuntunun niyə yaranması ilə bağlı iki elmi açıqlama var:

1. Panik pozuntunun beynimizdə neyron adı verilən hüceyrələrdən ifraz olunan və həyacan və emosional davranışlarımızı idarə edən hormanların düzgün işləməməsi
2. Panik pozuntu gündəlik həyatımızda qarşımıza çıxan və travmaya səbəb olan qorxuların və ya həyacanların yaşanması
Bizə indiyə qədər ancaq ikinci problem yaşayanlar müraciət etmişdir, belə ki müraciət edənlərin əksəriyyəti ya özü ya da ətrafında kimsə qəza yaşayıb, ölümdən dönüb, ya da ölüb. Patsientlərimiz həmin an panik atak yaşamasa da, müəyyən vaxt keçdikdən sonra yaranmağa başlamışdır.

‌Panik atak artıq panik pozuntuya çevrilibsə mütləq şəkildə psixoloqa müraciət olunmalıdır.
Psixoterapiya zamanı koqnitiv davranış terapiyasından (cognitive behavioral therapy) istifadə olunur.

‌Bu müalicə üsulunda iki məqsəd vardır:

1. Xəstənin əslində tamamən “zərərsiz” olan patik atak haqqındakı yanlış bilik və inanclarının düzəldilməsi və xəstənin bu əlamətlərlə qorxmadan mübarizə aparmasını öyrətmək
2. Patsientin özgüvənini bərpa edib, panik atağın gələcəyindən qorxduğu üçün etmədiyi şeyləri edib, panik atağın üstünə getməsini öyrətmək

Əgər yuxarıda yazdıqlarımız sizdə varsa bizə müraciət edin, kömək edərik.

Digər Yazılar

Diqqət Pozuntusu: Nədir və Necə Müalicə Edilir?

Diqqət Pozuntusu: Nədir və Necə Müalicə Edilir?

Diqqət pozuntusu, müasir cəmiyyətin ən çox üzləşdiyi problemlərdən biridir. Bu, insanın diqqətini mərkəzləşdirə bilməməsi, asanlıqla yayındırılması və verilən tapşırıqlara tam konsentrasiya edə bilməməsi kimi xüsusiyyətlərlə xarakterizə edilir. Bu...

read more
Asossiallıq: Görünməz Psixoloji Divarlar

Asossiallıq: Görünməz Psixoloji Divarlar

Asossiallıq, insanların ətrafdakılarla əlaqə qurmaqda çətinlik çəkdiyi, sosial mühitdən uzaqlaşmağı seçdiyi bir davranış növüdür. Bu, həm psixoloji, həm də sosial bir məsələ olaraq qarşımıza çıxır. Bu yazıda, asossiallığın səbəblərini,...

read more