Onlayn Seanslar

Online Psixoloq seansları əsasən bizim mərkəzə gələ bilməyən insanlar üçün nəzərdə tutulmuşdur.

Onlayn Psixoterapiyaya yazılmazdan əvvəl unutmayın ki, üz-üzə real konsultasiyanın yerini heç bir onlayn vasitə TUTA BİLMƏZ.

Online psixoloq konsultasiyasına yazılmazdan əvvəl nə etməliyəm ?

  • İlk olaraq sürətli internet bağlantınızın olduğundan əmin olun.
  • Əlaqə vasitənizin (kompyuter, telefon və planşet) saz vəziyyətdə olduğundan əmin olun.
  • Rahat hər şeyi danışa biləcəyiniz, heç kimin sizi eşitməyəcəyi və konsultasiya boyunca narahat etməyəcəyi yer seçin.
  • Seans boyunca otağa keç kimin girməyəcəyindən əmin olun.
  • Seans boyunca fikirinizi dağıdacaq heç bir vasitə olmasın. (TV, uşaq, telefon, planşet, ev heyvanı və s)
  • Konsultasiya səsli və görüntülü olacaq, ona görə də olduğunuz yerin səssiz və yaxşı işıqlandırılmış olduğundan əmin olun.

*Bütün konsultasiyalarımız kimi onlayn konsultasiyalarımız da gizlilik prinispinə və psixoterapiyanın etik qaydalarına uyğun aparılır. Danışacağınız bütün məlumatların 100 % qorunacağından əmin ola bilərsiniz.

*Mesaj və ya sms vasitəsi ilə konsultasiya aparılmır.

*Seansın müddəti 1 saat davam edir

vefa ekber1